image-rt-reklam
image-99backend

Türkiyə Avropaya öz qazını satacaq

image-728x90

Türkiyə Qara dənizdə yeni qaz ehtiyatları aşkar etdikdən sonra bir sıra Avropa ölkələri üçün yeni təchizat alternativləri təklif edə bilər. Ulusal.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyə 2020-ci ildə Qara dənizdə həcmi 540 milyard kubmetr olan böyük qaz yatağı kəşf edib. Daha sonra prezident  Rəcəb Tayyib Ərdoğan bu  yatağı ölkənin ən böyük yatağı adlandırıb. O, həmçinin Qara dənizdə ehtiyatı 58 milyard kubmetr olan qaz yatağının aşkar edildiyini, ehtiyatın smetasının 652 milyarda çatdırıldığını, Qara dənizdəki ümumi qaz ehtiyatlarının isə 710 milyard kubmetrə və 1 trilyon dollara çatdığını bildirib. 

Türkiyə ilə Bolqarıstan arasında təbii qaz ticarətinə dair sazişin imzalanması Aİ və Balkan ölkələri üçün diqqətəlayiq bir hadisədir. Kanalın məlumatına görə, Ankaranın Qara dənizdə kəşf etdiyi yenilənmiş qaz və onun güclü qaz infrastrukturu bəzi Avropa ölkələri üçün yeni alternativlər təklif edə bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90