image-rt-reklam
image-3backend

Türk mədəniyyətinin beşiyi: Kapalıçarşı -FOTOLAR

image-728x90

Dünyanı kəşf etmək istəyirsinizsə, sadəcə Türkiyəni gəzmək lazımdır. Bu fikirlər görkəmli türk səyyahı Evliya Çələbinin (1646-1666) “Səyahətnamə” adlı kitabında qeyd edilib.

Görkəmli səyyah Türkiyəni dünya mədəniyyətinin beşiyi adlandırıb. Elə biz də Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Türkiyənin Azərbaycandakı səfirliyi ilə birgə təşkil etdiyi səfər çərcivəsində qardaş Türkiyədə olduq. Bir neçə ölkədən gələn jurnalistlər və bloggerlərlə birlikdə Türkiyənin mədəni, dini abidələriniz gəzib Türkiyəni kəşf etdik.

Elə səfərimizin ilk günündə İstanbulda Kapalıçarşını ziyarət etdik. Möhtəşəm sənət əsərini xatırladan Kapalıçarşı türk mədəniyyətinin, folklorunun izlərini özündə daşıyır. Dünyada ən köhnə, bağlı sahədəki ən böyük çarşı-bazarlardan biri olan Kapalıçarşı İstanbulun Eminönü səmtində yerləşir. Yerli sakinlərlə yanaşı, turistlərin maraqla gəzdiyi məkandır.

Fatih Sultan Mehmet tərəfindən inşa edilən Kapalıçarşı, damları və günbəzləri ilə örtülmüş dükanlarla əhatə olunmuş tarixi bir alış-veriş meydanıdır. Tarixdə “Çarsu-yı Kəbir” adlanan geniş ərazinin özəyini təşkil edir. 1461-cı ildə tikilən ilk üstü örtülü bazara Cevahir adı verilib və bu örtülü bazarın gəliri Ayasofyaya verilmək üçün Fatih Mehmetə hədiyyə edilmişdi. Sultan daha sonra burada müxtəlif dükanlar və ticarət köşkləri inşa etdirərək, bu bazarı dünya ticarətinin mərkəzinə cevirir.

Əsası 1461-ci ildə qoyulan Qapalı Çarşı estetik dizaynı sayəsində nəhəng ölçülü labirintləri xatırladır. 60-a yaxın küçə və 3600-dən çox mağazası olan tarixi ticarət zonası ümumi sahəsi 30,700 kvadratmetrdir. İstanbulun həm turizm, həm də ticari mənada cazibə nöqtəsi kimi ifadə edilə bilər.

Memarlıq abidəsinə bənzəyən qapalı bazar 15 ayrı hissəyə bölünüb. Hər bölmənin günbəzlə örtülmüş görünüşü var. Kiçik hücrələr divarlarının daxili hissəsində nəzərə çarpır. Bazar 50 günbəzlə əhatə olunmuş dizayndadır. Bu dekorativ örtülü çarşı günbəz dizaynı kimi türk memarlığının qabaqcıl nümunələrindən biridir. Bu iki mühüm örtülü bazar, bazarın daxili qalaları kimi təsvir edilir. Maraqlısı odur ki, bu bazar həm də saxlanc və yaxud bank rolunu oynayıb. Tarixçilər qeyd edir ki, bu bazar ilk illər inşa edilən zaman bazar daxilindəki daxıllardan, dəmir seyflərdən ticarətçilər öz pullarını, qiymətli əşyalarını, həmçinin sənədlərini qorumaq üçün istifadə edirdilər.

Günün hər saatında böyük bir izdihamla diqqət çəkən Kapalı Çarşıda qiymətli zinət əşyaları, silahlar, əntiq əşyalar, yemək və içki kimi bir çox fərqli sahədə mağazalar var. Bazardakı adlar həmin yerin əvvəllər nə üçün istifadə edildiyini ifadə etmək üçün kifayətdir.

Mraqlı məqam odur ki, bu bazarda bütün qapıların özünəməxsus adı var: Zərgərlər, Nuruosmaniye, Sepetçihan, Takkeciler, Tavukpazarı, Zenneciler, Beyazıt, Çarşıkapı, Çuhacıhan və Mahmutpaşa.

Həmçinin bazarda olan küçələrin də öz iş prinsipinə görə adları var: Ağa, Altuncular, Acıçeşme, Aynacılar, Basmacılar, Çuhacıhanı, fesçiler, Hacıhəsan, Hacıhüsnü, İplikçiler, Kalpakcılar, Karakol, Kavaflar, Kazaz, Kolancılar, Kürkçülər, Lütfullahəfendi, Mercançıkmazı, Parcacılaral, Taççıqmazı, Parcacılaral, Taççularka, , Yüncühasan, Zenneciler.

Bazar ərazisində çoxsaylı meyxanalar mövcud olub. Bu gün o meyxaənələrin bəzisi öz fəaliyyətini davam etdirir: Ağa, Astarcı, Bodrum, Cebeci, Çuhacı, İçcebeci, Kapılar, Kaşıkçı, Kebapçı, Kızlarağası, Sarnıç, Sorguçlu, Yolgeçen, Zincirli və Övliya.

Bazarda sağlamlıq mərkəzi, polis bölməsi, bütün bankların filialları və poçt şöbələri fəaliyyət göstərir.

Kapalıçarşı kompleksi əslində böyük bir ticarət və iş mərkəzidir. Bazarın girişindəki Ağa Sokağı ilə Aynacılar küçəsi arasındakı ərazidə səyyar satıcılar fəaliyyət göstərir. Zərgərlər küçəsi ilə irəlilədiyiniz zaman zərgərlik emalatxanası kimi tanınan Zincirli Xan sizi qarşılayır. 2 mərtəbəli bina olaraq inşa edilən Zincirli Xanda tarixin izlərinə şahidlik edən bir çox element var. Ölçüsü ilə heyrətləndirən Cevahir Bedesten kiçik sənətkarlarla məşğul olan kiçik dükanlara və bədii bəzək işləri ilə məşğul olan insanlara malikdir. Xüsusilə Zenneciler küçəsinin çıxışından davam etdikdə xəttatlıq sənətkarlarının və antikvar dükanlarının möhtəşəm mənzərəsini görə göz oxşayır.
Hər il çox sayda yerli və xarici turisti qəbul edən Qapalı Çarşı, tarixi faktura və keçmişin izlərinə işıq salan bədii elementləri ilə əhəmiyyətini qoruyub saxlamağı bacarır.

Kapalıçarşı həftə içi hər gün və yalnız şənbə günləri saat 08.30-19.00 arası ziyarətçilərə və alış-verişə açıqdır.

Daha bir maraqlı məqam isə, bazarın əslində bir şəhər olmasıdır. Burada calıçan və gələn qonaqlar üçün bütün infrastruktur var. Bazarda 5 məscid, 1 məktəb, 7 su çeşməsi, 10 quyu var. Bazara giriş üçün fərqli yerlərdə 21 qapı yerləşir. Eyni zamanda, bazarın içində 17 xan var.

Bir məsələni xatırladım ki, Osmanlı dönəmində Kapalıçarşının içində yaşayanlar burdan kənara çıxa bilməzlərmiş. O zaman burda xarici ölkələrdən gələn dəyərli əşyalar satılırmış. Eyni zamanda, savaşlarda əldə edilın qənimətlər də burada alış-verişə çıxarılarmış. Kapalıçarşı həm də İstanbul zənginlərinin alış-veriş etdikləri ən məşhur məkan olub.

Hazırda isə bura demək olar ki, qızıl məkanıdır. Türkiyənin qızıl bazarında Kapalıçarşı önəmli yer tutur və bura özəlliklə izlənir. Kapalıçarşı həm də mədəniyyətlərin birləşdiyi bir ərazidir. Burada ticarətlə məşğul olan onlarla xalqın nümayəndəsi ilə rastlaşmaq olar. Elə bu bazara səfərimiz şərçivəsində 1920-ci ildən Azərbaycandan köç etmiş bir ailənin övladı ilə tanış olduq. Kubillay Ayyıldız məşhur türk şirniyyatı ustası kimi tanınır. Kubillay Ayyıldız bu bazarı daha çox bir mədəniyyət mərkəzi olduğunu qeyd edir. Bazarı gəzdikcə Kubillay Ayyıldızin sözlərinin çox böyük həqiqət olduğunu görürük.

İstanbulun bir nömrəli alış-veriş məkanı sayılan Kapalıçarşıda xüsusilə qeyri-adi qızıl və hədiyyəlik əşyalar satılır.

Əslində bu məkan həm də tarixi abidədir. İllər keçir, amma Kapalıçarşı hələ də Osmanlıdan qalma memarlıq görüntüsünü saxlayır.

Burdakı bir sıra köhnə evlərin qapısı baglıdır. Onlar tarixi abidə sayılır və giriş ödənişlidir. Burda qeyri-adi və köhnə üslublu qiymətli əl işi olan xalıların satıldığını da görmək olar.

Türkiyəyə gələn xarici iş adamları və diplomatik nümayəndələr mütləq Kapalıçarşını gəzirlər.

Kapalıçarşı həm də tarixi filmlərin çəkildiyi məkandır. 24 saat fəaliyyətdə olan çarşıda nə istərsən, tapmaq olur.

Kapalıçarşıya hər il 150 milyondan çox ziyarətçinin gəldiyini desək, bu məkanın nəhəngliyini dəqiq anlatmış olarıq.
Dünyanı kəşf etmək istəsəniz, eləcə də Türkiyənin tarixini mədəniyyətininin böyüklüyünü dərk etmək istəsəniz sadəcə Kapalıçarşıya yolunuzu salın.

Qoşqar Salmanlı

image-1 image-2 image-3 image-5 image-6 image-7 image-9 image-88 image-999

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90