Meyxana ifaçısı Namik Qaraçuxurlu (Namik Şükürov) Rusiyaya buraxılmayıb. Bu barədə Azərbaycan KİV-ləri məlumat yayıb.
Məlumata görə, Qaraçuxurlu ötən gecə Moskvanın “Şeremetyevo” hava limanında Rusiya Sərhəd Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Onunla birlikdə olan qardaşı oğlu İlkin Şükürova da ölkəyə girişə icazə verilməyib.
Bir neçə saat saxlanıldıqdan sonra hər ikisi sərbəst buraxılıb.