image-rt-reklam
image-1backend

“Bu tarixi bir müsahibə idi və bütün dünyaya bir mesaj idi ” -Politoloq

image-728x90

Prezident İlham Əliyev müsahibəsində çox aydın şəkildə Rusiya ilə münasibətlərin gərginləşmə səbəblərini göstərib: “Hər kəsə aydındır ki, Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulması və Rusiya rəsmilərinin buna reaksiyası ölkəmizdə böyük məyusluq və təəssüf doğurdu. Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə Rusiya ilə münasibətlərin aktuallığını, həm də dövlət siyasətinin prinsipial xarakterini açıq şəkildə ortaya qoyur. Dövlət başçısı konkret faktlarla Rusiyada azərbaycanlılara qarşı baş verən zorakılıqları, işgəncələri və qətlləri diqqətə çatdırır. Burada əsas mesaj aydın şəkildə ifadə olunub – məsuliyyət Azərbaycanın üzərinə düşmür, lakin dövlət xalqının hüquqlarını qorumaq üçün konstruktiv və hüquqi yollarla reaksiya verir”.

Müsahibimiz politoloq Arzuyman Muradlı hesab edir ki, bu müsahibə Azərbaycanın haqlı mövqeyini bir daha dünya ictimaiyyətinə çatdırdı.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Prezident İlham Əliyev müsahibəsində çox aydın şəkildə Rusiya ilə münasibətlərin gərginləşmə səbəblərini göstərib: “Hər kəsə aydındır ki, Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulması və Rusiya rəsmilərinin buna reaksiyası ölkəmizdə böyük məyusluq və təəssüf doğurdu. Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə Rusiya ilə münasibətlərin aktuallığını, həm də dövlət siyasətinin prinsipial xarakterini açıq şəkildə ortaya qoyur. Dövlət başçısı konkret faktlarla Rusiyada azərbaycanlılara qarşı baş verən zorakılıqları, işgəncələri və qətlləri diqqətə çatdırır. Burada əsas mesaj aydın şəkildə ifadə olunub – məsuliyyət Azərbaycanın üzərinə düşmür, lakin dövlət xalqının hüquqlarını qorumaq üçün konstruktiv və hüquqi yollarla reaksiya verir”.

Politoloq Arzuman Muradlı  bildirib ki, noyabrın 9-da vurulan rus helikopteri və Rusiya tərəfindən Azərbaycan mülki təyyarəsinə açılan atəş diplomatik və hərbi səhvlərin ciddi nəticələr doğurduğunu göstərir: “Helikopter hadisəsi zamanı Azərbaycan Prezidenti Rusiya Prezidentinə zəng edərək üzrxahlığını bildirmiş və həlak olan pilotların ailələrinə təzminat ödənmişdi. Bu, dövlətin məsuliyyət və şəffaflıq prinsiplərinə sadiqliyini nümayiş etdirir. Təyyarə hadisəsi isə həm hərbi, həm də diplomatik baxımdan ciddi bir gərginlik yaradıb”.

Arzuman Muradlı  əlavə edib ki, müsahibədə Azərbaycan-Rusiya münasibətləri çoxsəviyyəli, həm tarixi, həm də geosiyasi kontekstdə qiymətləndirilir: “Azərbaycan tərəfi yalnız konstruktiv və hüquqi yollarla reaksiya verir, lakin xalqının hüquqlarına hörmətsizliyə göz yummur. Dövlət həm milli maraqları qoruyur, həm də diplomatik əlaqələri davam etdirməyə çalışır.

Bu müsahibə eyni zamanda Rusiya ilə strateji münasibətlərin mürəkkəbliyini və Azərbaycan dövlətinin prinsipial mövqeyini nümayiş etdirir. Hər hansı ikili standart və ya təcavüz halları qarşısında Azərbaycan dövləti susmayacaq, amma konstruktiv və hüquqi çərçivədə addımlarını davam etdirəcək. Azərbaycan-Rusiya münasibətlərindəki bu balans, prinsipiallıq və konstruktivlik dövlət siyasətinin əsas prioritetidir”.

Prezidentin açıqlamaları göstərir ki, Azərbaycan yalnız xalqının haqlarını qorumaqla kifayətlənmir, həm də beynəlxalq standartları və strateji reallıqları nəzərə alaraq mövqeyini formalaşdırır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90