Türkiyənin müxtəlif bölgələrində yerləşən tarixi abidələr, antik şəhərlər və təbiət parkları aparılan genişmiqyaslı bərpa işlərindən sonra yenidən turizmə açılıb. Batman-dan Edirnəyə, Ordu-dan Ankaraya qədər bir sıra mədəni-tarixi məkanlar ziyarətçilər üçün cəlbedici marşrutlara çevrilib. Aşağıda son dövrlərdə istifadəyə verilən ən diqqətçəkən 6 tarixi məkan təqdim olunur:
Malabadi Təbii Parkı (Batman) – Təbiətlə baş-başa istirahət
Batmanın Kozluk rayonunda 1000 dönümlük ərazidə salınan Malabadi Təbii Parkı, ziyarətçilərə sakit və təbii bir istirahət təklif edir. Tarım və Orman Nazirliyi ilə yerli idarələrin əməkdaşlığı nəticəsində açılan bu parkda geniş piknik sahələri, gəzinti yolları və təbii mənzərə ilə zəngin ərazilər mövcuddur. Ailəvi istirahət üçün ideal məkan sayılan park, həm yerli, həm də xarici turistlərin diqqətini cəlb edir.
Balıqlı Göl və Erzen Antik Şəhəri (Batman) – Tarix və təbiətin qovuşduğu nöqtə
Kozluk rayonunun Oyuktaş kəndinə bağlı Yeşilyurt məhəlləsində yerləşən təxminən 3 min illik Balıqlı Göl, bərpa işlərindən sonra yenidən ziyarətçilərin üzünə açılıb. Erzen Antik Şəhərinin ərazisində yerləşən bu göl, tarixi və mistik ab-havası ilə fotoqrafların və tarixsevərlərin maraq dairəsindədir. Göl, həm təbiət, həm də tarix baxımından unikal bir təcrübə təqdim edir.
Trakya daş məzarları (Edirne və Kırklareli) – 3.500 illik tarixə səyahət
Trakya bölgəsində – Edirne və Kırklareli ərazilərində yerləşən və tarixi 3.500 il əvvələ gedib çıxan dolmen və menhir tipli daş məzarlar yeni turizm marşrutu kimi təqdim edilir. İstanbul Bələdiyyəsi və Rehberler Odası tərəfindən təşəbbüs edilən bu layihə çərçivəsində, qədim dövrlərə aid bu abidələrin tanıdılması və qorunması hədəflənir. Bölgədə Edirnədə 60, Kırklarelində isə 40 belə məzar qeydə alınıb.
Roma Teatrı və Ulus Arxeoparkı (Ankara) – Paytaxtda antik dövrə pəncərə
Ankara Böyükşəhər Bələdiyyəsinin təşəbbüsü ilə bərpa edilən Roma Teatrı və Ulus Arxeoparkı, paytaxtın mərkəzində ziyarətçilərə qədim Roma dövrünün izlərini yaşadır. Antik teatrın orijinal daşları qorunub saxlanılıb, ərazi aydınlatma sistemi, gəzinti yolları, məlumat lövhələri və seyir terasları ilə zənginləşdirilib. Layihə, yerli və xarici turistlər üçün mədəni-tarixi turların yeni ünvanına çevrilib.
Sinop Tarixi Həbsxanası və Muzeyi – “Anadolu Alkatrazı” yenidən ziyarətə açıldı
Türkiyənin məşhur tarixi həbsxanalarından biri olan Sinop Tarixi Cəzaçəkmə Müəssisəsi, uzun müddətli bərpa işlərindən sonra fəaliyyətini bərpa edib. 13 min kvadratmetrlik ərazidə yerləşən bu tikili, təkcə həbsxana deyil, həm də Sabahattin Ali kimi tanınmış yazıçıların iz buraxdığı mədəni yaddaş mərkəzi kimi tanınır. Yenilənmiş muzey kompleksi ziyarətçilərə keçmişin qaranlıq və düşündürücü atmosferini hiss etdirməyi hədəfləyir.
Ünye Qalası (Ordu) – Qara dənizin zirvəsində qədim qala
Ordu vilayətinin Ünye rayonunda, dik qayalıqlar üzərində yerləşən və təxminən 2.500 illik tarixə malik olan Ünye Qalası, genişmiqyaslı bərpa işlərindən sonra turistlərin üzünə açılıb. Pontus Kralı VI. Mitridat dövrünə aid olan bu qala, artıq taxta pilləkənlər və yeni quraşdırılan raylı sistem vasitəsilə daha rahat şəkildə gəzilə bilir. Manzərə nöqtələri, seyir terasları və istirahət zonaları ilə bu məkan həm təbiət, həm də tarix həvəskarları üçün unudulmaz bir təcrübə təqdim edir