image-rt-reklam
image-1backend

ERMƏNİ GÖMRÜYÜ AZƏRBAYCANLILARI YOXLAYACAQ? – Mirzoyan nəyi gizlədir?

image-728x90

Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən dəhliz açılandan sonra vətəndaşlarımızın Naxçıvana gediş-gəlişi necə təmin olunacaq? Təhlükəsizliyi kim təmin edəcək? Vətəndaşlarımız və daşınan yüklər yoxlanılacaqmı, əgər yoxlanılacaqsa, bunu kim edəcək? Ermənistan sərhəd xidmətinin, gömrüyünün buna aidiyyatı olacaqmı, gömrük rüsumu ödəniləcəkmi?…

Zəngəzur dəhlizi ilə bağlı Vaşinqton razılaşması imzalansa da, bir çox detallar, texniki məsələlər hələ açıqlanmayıb. Ona görə də yuxarıda sadalanan sualların bir çoxunun cavabı açıq qalır. Ancaq Azərbaycan tərəfinin bu məsələ ilə bağlı mövqeyi aydın və bəllidir.

Rəsmi Bakı dəfələrlə vətəndaşlarımızın dəhlizlə maneəsiz və təhlükəsiz gediş-gəlişinin əsas şərt olduğunu bəyan edib. Ermənistanda isə ruspərəst və qatı millətçi müxalifət başda olmaqla, bir çoxları azərbaycanlıların Zəngəzur dəhlizi ilə gələcək maneəsiz, müstəqil hərəkətini Ermənistanın “suverenliyinin pozulması” kimi qələmə verməyə çalışırlar.

Bu mövzuyla bağlı suallara cavab verən Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan bir qədər dolaşıq açıqlamalar verib. Erməni jurnalist ondan Ermənistan gömrükçülərinin Naxçıvana və əks istiqamətə gedən azərbaycanlıları yoxlayıb-yoxlamayacağını soruşub. Mirzoyan birabaşa və konkret cavab verməkdən yayınıb.


O, Zəngəzur dəhlizinə aid dərc olunmuş sənədə istinad edərək, Paşinyanın açıqlamalarını təkrarlayıb: “Biz Azərbaycanın infrastrukturuna çıxış əldə edəcəyik və təbii ki, Azərbaycan da bizim infrastrukturumuza, o cümlədən Ermənistan ərazisindən Naxçıvana qoşulmaq üçün maneəsiz marşruta çıxış əldə edəcək. Bu da beynəlxalq və ölkədaxili daşımalar baxımından Ermənistan üçün qarşılıqlı fayda verəcək.

Bu infrastrukturları açmazdan əvvəl demarkasiya aparılmalı, bir tərəfdə Ermənistan bayrağı, o biri tərəfdə Azərbaycan bayrağı qoyulmalı, hansısa sərhəd-keçid məntəqəsi tikilməli, sərhəd xidməti göstərilməlidir. Bu, iki ölkənin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində olacaq”.

 

Beləliklə, Mirzoyanın dediklərindən dolayısı da olsa belə nəticə çıxır ki, azərbaycanlılar bu dəhlizdə maneəsiz, sərbəst hərəkət edə biləcəklər. Təbii ki, hansısa sərhəd və gömrük prosedurları müasir texnologiyalar vasitəsilə icra edilə bilər, amma bunun erməni gömrükçülərlə canlı təmasda icra olunacağı istisna ediləcək. Azərbaycan artıq dəfələrlə vətəndaşlarımızın tam maneəsiz gediş-gəlişilə bağlı mövqeyini açıq şəkildə bildirib. Lakin görünür, cəmiyyətdəki qatı millətçi və başıpozuq kəsimi “qıcıqlandırmamaq” üçün, həm də yaxınlaşan seçki kampaniyasını nəzərə alaraq, Ermənistan rəhbərliyi Zəngəzur dəhlizində hərəkətin texniki tərəflərilə bağlı bütün anlaşmaları açıqlamaqda maraqlı deyil…

Azərbaycan tərəfinə gəlincə, ölkə prezidenti son müsahibəsində bir daha bu mövzuya toxunaraq, Azərbaycanın beynəlxalq hüquqa hörmət etdiyini və qonşu ölkənin ərazisini işğal etmək fikrində olmadığını bəyan etdi. Baxmayaraq ki, bunun üçün hər cür hərbi imkanları olub və var. Lakin Ermənistan tərəfi Zəngəzur dəhlizi də daxil olmaqla, əldə edilən razılaşmalara əməl etməsə və əvvəlki siyasətinə qayıtsa, bunun ağır nəticələrindən qaça biməyəcək və bu halda onu heç bir himayədarı xilas edə bilməyəcək…“AzPolitika.info”  

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90