image-rt-reklam
image-1backend

Çox danışan İran səfirini vəzifəsindən kənarlaşdırdılar

image-728x90

Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan İranın səfiri Mehdi Sobhanini qəbul edib.

Ulusal.az xəbər verir ki, görüş zamanı səfir Mehdi Sobhani sentyabrda Ermənistandakı missiyasını başa vuracağını açıqlayıb.

“Mən erməni xalqının dostu olmuşam və qalıram və Ermənistanı xoş xatirələrlə tərk edəcəyəm”, – səfir bildirib.

Xatırladaq ki, keçmiş SEPAH zabiti olan Mehdi Sobhani Ermənistandan əvvəl Suriyada İran səfiri vəzifəsində çalışıb. Səlahiyyətlərini aşaraq bu ünsür Azərbaycan və Zəngəzur dəhlizi haqqında daim xoşagəlməz bəyanatlar verməyi ilə yadda qaldı. Azərbaycan xarici işlər nazirliyi onun səfeh bəyanatlarına kəskin reaksiya verirdi.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90