image-rt-reklam
image-1backend

Şöşü “Hərbi əməkdaşlığa görə” medalı ilə təltif olundu

image-728x90

“Bu gün həyatımda unudulmaz bir gündür. Müdafiə Nazirliyi tərəfindən “Hərbi əməkdaşlığa görə” medalı ilə təltif olunmaq mənim üçün böyük şərəf və qürurdur”.

Ulusal.az xəbər verir ki, bu sözləri sosial media hesabında paylaşım edən aktyor Ramil Babayev (“Şöşü”) deyib.

O bildirib ki, bu təltif onun üçün gələcək işlərində daha da məsuliyyətli olmağın rəmzidir:

“Bu medal sadəcə bir mükafat deyil, illərlə çəkilən zəhmətin, səbrin, fədakarlığın və keçilən çətin yolların qiymətləndirilməsidir. Hər addımda üzləşdiyim sınaqlar bu gün mənə daha güclü, daha iradəli olmağı öyrətdi. Bu təltif mənim üçün həm də gələcək işlərimdə daha da məsuliyyətli olmağın rəmzidir. Qürurla deyə bilərəm ki, bu yolun hər addımında Vətən sevgisi var!”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90