Türkiyədə hərbi əməliyyatlar zamanı hərbçilərə kömək edəcək robot it təqdim edilib.
Ulusal.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.
“Keçi” adlı robot Türkiyənin BITES şirkəti tərəfindən hazırlanıb. “Keçi” qayalıqlarda və çətin relyefdə belə öz missiyasını uğurla yerinə yetirir. Robotun daşıma qabiliyyəti iki saata 25 kq-dır.
360 dərəcəlik kameralarla təchiz edilən robotlar su keçirməyən materiallardan hazırlanıb.
modern.az