image-2000x150
image-1backend

TRAMP – “Mən Rusiyanı istədiklərini etməyə təşviq edərdim”

image-728x90

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Cənubi Karolinada seçkiqabağı mitinqdə çıxış edərkən, dövlət başçısı kimi NATO ölkələrindən alyans qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyi tələb etdiyini bildirib.

“The New York Times”-ın bununla bağlı məlumatında deyilir ki, Tramp bu açıqlamasında Rusiyanın işğalçılıq addımlarını təşviq etməyə belə hazır olduğunu ifadə edib. Çünki Trampın sözlərinə görə, o, ABŞ-nin Avropadakı müttəfiqlərini Rusiyanın mümkün hücumu halında ABŞ-nin onları müdafiə etməyəcəyi ilə hədələyib.

Mitinqdə Tramp adını açıqlamadığı “böyük ölkənin”(Almaniyanı nəzərdə tutduğu ehtimal olunur-red.) prezidenti ilə söhbətini danışıb: “O, məndən soruşdu: “Yaxşı, əgər biz pul verməsək və Rusiya bizə hücum etsə, bizi qoruyacaqsınız?”

Mən cavab verdim: “Xeyr, sizi müdafiə etməzdim. Əslində, mən onları (Rusiyanı) istədiklərini etməyə təşviq edərdim! Siz hesablarınızı ödəməlisiniz”.

Göründüyü kimi, ABŞ-də prezident seçkilərinə 9 ay qaldığı bir vaxtda Respublikaçı namizədlər arasında öndə gedən Tramp artıq təxribat xarakterli bəyanatları ilə NATO paytaxtlarında gərginliyi artırır.

İlk olaraq Ağ Ev dərhal Trampın bu açıqlamasına qəzəbli reaksiya verib. Ağ Evin sözçüsü bunu “dəhşətli və ağılsız çıxış” adlandırıb: “Tramp beləliklə ən yaxın müttəfiqlərimizin ərazisinin qanlı rejimlər tərəfindən işğalını dəstəkləyir”.

NATO-nun Baş katibi Yens Stoltenberq də Trampın dediklərinə eyni dərəcədə sərt şəkildə cavab verib: “Alyans üzvlərinin bir-birini qorumayacağına dair hər hansı fikir ABŞ-nin təhlükəsizliyi də daxil olmaqla, ümumi təhlükəsizliyi pozur, həmçinin, Amerika və Avropa əsgərlərini əlavə riskə məruz qoyur”.

Trampın ABŞ-nin digər ölkələrin müdafiəsi üçün pul ödəməli olması ilə bağlı şikayətlərinə gəlincə, 2023-cü ildə ABŞ-nin hərbi xərcləri ÜDM-in 3,49%-ni təşkil edib. İngiltərə ÜDM-inin 2,07%-ni xərcləyib, Almaniya, Fransa, İtaliya və İspaniya isə razılaşdırılmış 2%-lik həddən bir qədər az hərbi məsrəflər edib. Maraqlıdır ki, faiz baxımından ən çox pul xərcləyənlər isə Rusiya sərhədlərinə ən yaxın olan nisbətən kiçik və zəif NATO ölkələridir…

Hazırda həm NATO, həm də bütövlükdə Qərb dünyasının çətin günlər keçirdiyini nəzərə alsaq, Trampın bu cür açıqlamaları son dərəcə təhlükəlidir. Onun elə dərin strateji düşüncəli birisi olmadığını və daşıdığı şizofreniya əlamətlərini nəzərə alsaq , Trampın bunu bilərəkdən, yaxud bilmədən söylədiyini demək çətindir. Ancaq hər halda, onun NATO-nun bugünü və gələcəyi ilə bağlı absurd açıqalmasını Vladimir Putinin Taker Karlsona müsahibəsindən dərhal sonra səsləndirməsi birmənalı qarşılana bilməzdi. Çünki Trampın dedikləri Putinin həmin müsahibədəki NATO ilə bağlı fikirlərilə üst-üstə düşür. Sanki hər iki “lider” eyni ələ oyanyırlar…

Bu açıqlama bir daha göstərdi ki, Trampın siyasi, strateji düşüncə miqyası, dünyagörüşü ABŞ-nin prezidentliyi vəzifəsinə qətiyyən uyğun deyil. Bütün bunlar sıradan bir “kommersant” kimi hər şeyə pul, iqtisadi mənfəət, şəxsi maraq və şou, populizm gözü ilə baxan Trampın ABŞ-nin dünya birliyi, bəşəriyyət qarşısındakı məsuliyyətini anlamadığına dair ciddi şübhələr yaradır.

Onun bu və buna bənzər açıqlamaları bir daha göstərir ki, ABŞ cəmiyyətinin və siyasi elitasının ortalığa açıq demensiya əlamətləri olan Bayden və şizofreniya əlamətləri daşıyan Trampdan başqa adekvat, normal prezidentliyə namizəd çıxara bilməməsi ABŞ-nin özünü bir dövlət kimi böyük təhlükə qarşısında qoyur…

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90