image-rt-reklam
image-1backend

Tramp: ” İrana uranı zənginləşdirməyə imkan verməyəcəyik!”  

image-728x90

Dünən ABŞ prezidenti Donald Tramp, Şotlandiyada Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü zamanı İranın uranı zənginləşdirməyə davam etməsinə icazə verməyəcəyini açıqlayıb. Tramp görüşdə İranın nüvə proqramına dair sərt mövqeyini bir daha ortaya qoyub. O, İranın uranın zənginləşdirilməsi mövzusunda danışmasının “axmaqlıq” olduğunu vurğulayıb. “İrana ağır zərbə vurulub və Tehranın uranın zənginləşdirilməsi haqqında danışmağa davam etməsi axmaqlıqdır. Biz buna imkan verməyəcəyik,” – deyə Tramp qeyd edib. Bundan əlavə, Tramp İranın nüvə silahına sahib olma haqqının olmadığını və ölkənin uğursuzluğa düçar olduğunu bildirərək, “onlar bu uğursuzluğun nə qədər ciddi olduğunu belə dərk etmirlər,” – deyə qeyd edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90