ABŞ iqtisadiyyatı hazırda tənəzzüldədir və tezliklə dollar hesablaşmalar üçün dünya standartı olmayacaq.
Bu sözləri keçmiş prezident Donald Tramp aprelin 4-də Floridadakı Mar-a-Laqo malikanəsində çıxışı zamanı deyib.
O, həmçinin qeyd edib ki, dünyada “dağıdıcı koalisiya” yaranıb, ABŞ-ın hazırkı hakimiyyət orqanları onun yaradılmasının qarşısını ala bilməyib.
İqtisadiyyatımız dağılır, inflyasiya nəzarətdən çıxıb. Bizim pul vahidimiz tezliklə dünya standartı olmaqdan çıxacaq. Bu, bizim 200 ildə ən böyük uğursuzluğumuz olacaq ”, – Tramp bildirib.
O, həmçinin deyib ki, əgər prezident olsaydı, Çin, Rusiya, İran, Səudiyyə Ərəbistanı və Şimali Koreyanın daxil olduğu “dağıdıcı və hədələyici” koalisiyanın yaradılmasına icazə verməyəcək.






















