image-rt-reklam
image-tramp-1068x712backend

Tramp Baydeni ABŞ tarixinin “ən korrupsioner prezidenti” adlandırıb

image-728x90

Ulusal.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydeni “ABŞ-ın ən korrupsiyalaşmış prezidenti” adlandırıb və ölkə qanunvericilərini hərəkətə keçməyə çağırıb. Siyasətçi bazar ertəsi fikirlərini təqdim edib.

“Co Bayden ABŞ tarixinin ən korrupsioner prezidentidir, bunun təkzibolunmaz sübutları Nümayəndələr Palatasında hər gün təqdim olunur”, – Tramp özünün Truth sosial şəbəkəsində yazıb.

Sabiq prezident həmçinin sual edib ki, ABŞ Konqresinin respublikaçıları niyə “hələ də fırıldaqçı Co Baydeni və solçu radikal demokratları, faşistləri və marksistləri ölkəyə [ABŞ] qarşı cinayət əməllərinə və bəzilərinin ona qarşı törətdiyi əməllərə görə qınamayıblar”. “Amerika Senatın hərəkətə keçməsini nə qədər gözləyəcək?”, – deyə siyasətçi bildirib.

ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti (Kaliforniya ştatı) daha əvvəl elan etmişdi ki, qanunvericilər Baydenin ailəsinin xarici korrupsiya sxemlərində iştirakı səbəbindən onun impiçmentini araşdırmaq niyyətindədirlər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90