image-2000x150
image-tofiq-696x434backend

Tofiq Musayev “Bellator”da məğlub olub

image-728x90

Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Tofiq Musayev (70 kq) “Bellator”da rusiyalı Aleksandr Şabliyə məğlub olub.

Dünya Qran-prisinin 1/4 final mərhələsindəki döyüşdə 34 yaşlı idmançı qasıq nahiyəsindən aldığı zədə səbəbindən mübarizəni sona qədər davam etdirə bilməyib.

ABŞ-ın San-Xoşe şəhərində baş tutan görüşün üçüncü raundunda xəsarət alan Musayev texniki nokautla uduzub. Bu, Azərbaycan idmançısının MMA karyerasında keçirdiyi 25-ci duelində 5-ci məğlubiyyəti olub.

Qeyd edək ki, “Bellator”un mükafat fondu 1 000 000 ABŞ dollarıdır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90