image-2000x150
image-1backend

“Titanik” filmindəki qapı hərracda 718 min dollara satılıb

image-728x90

“Heritage Auctions” Hərrac evi Hollivud filmlərinin xatirə əşyalarının hərracında “Titanik” filminin sonunda Keyt Uinsletin qəhrəmanının xilas olmaq üçün istifadə etdiyi məşhur qapını hərraca çıxarıb. Hərracın gedişində lot 718 min dollara çatıb və başlanğıc qiyməti – 40 min dolları xeyli ötüb.

“The Hollywood Reporter” nəşri xəbər verir ki, Halifax Dəniz Muzeyinin XV Lui üslublu dekorativ panelinə heyrətamiz dərəcədə bənzəyən bu rekvizit “Titanik” filminin ən maraqlı səhnəsini əks etdirir. Qapının uzunluğu 2,44 metr, eni isə 1,04 metrdir.

Qapıdan əlavə, hərraca “The Shining” filmindən balta, 1984-cü ildə çəkilmiş “İndiana Cons”dan qamçı və “Titanik”in finalında Keyt Uinsletin şifon paltarı daxil edilib. Sonuncu rekvizit 125 min dollara satılıb. Bu əşyaların yeni sahiblərinin adları açıqlanmayıb.

Alıcıların əldə etdikləri digər auksion əşyalarına “Kingpin”dən qırmızı qızılgüllərlə boulinq topu (350.000 dollar) və “Hörümçək Adam 3”dən Tobey Maguirenin qara kostyumu (125.000 dollar) daxildir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90