image-2000x150
image-e6192b47-362c-46d1-b3a6-b44f1cc5e688backend

Təbrizdə futbol oyunu zamanı milli fəallar saxlanıldılar – FOTO/VİDEO

image-728x90

İranın Təbriz şəhərində milli fəallar saxlanılıblar. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Güney Azərbaycanın “Traktor” futbol komandasının Ərdəbildəki azarkeşlərindən Abdullah Ənsari, güneyli idmançı (boksçu) və vətəndaş cəmiyyəti fəalı Kərim İsmayılzadə və ictimai fəal Mehdi Nəsirzadə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar.

Onlar “Traktor” komandasının oyunundan öncə stadiona daxil olarkən tutulublar.

Qeyd edək ki, fəalların hara aparıldığı və vəziyyətləri ilə bağlı dəqiq məlumat yoxdur.

Xatırladaq ki, dünən axşam Təbrizdə “Traktor” və “Persepolis” futbol komandalarının oyununda və oyundan  sonra milli fəallar Azərbaycana dəstək şüarları səsləndiriblər.

Həmçinin İran rejiminə etirazlarını bldiriblər.

“Urmu gölü can verir, İran onun qətlinə fərman verir”, – deyə milli fəallar etirazlarını bildiriblər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90