image-rt-reklam
image-5backend

Tarixin ən təhlükəsiz şəhəri, Strabonun cənnət adlandırdığı İzmit – FOTOLAR

image-728x90

Türkiyənin ən qədim yaşayış məskənlərindən biri olan  İzmit haqqında bu yazımızda sizə məlumat verəcəyik.  İzmit  Türkiyənin ən gözəl  və tarixi şəhərlərindən biridir. Rəsmi məlumata görə 405 min əhalisi olan İzmitə il ərzində əhali sayından çox turist gəlir. Bunun əsas səbəblərindən biri şəhərin olduqca gözəl və strateji bir ərazidə yerləşməsidir.

Araşdırmalar nəticəsində məlum olub ki, insanlar İzmit və ətraflarında təxminən eramızdan əvvəl 3000-ci ildən bəri yaşayırlar. Qədim dövrlərdə İzmitin yerləşdiyi yer Bitiniya adlanan bölgədə idi. İzmitin eramızdan əvvəl 12-ci əsrə qədərki dövrləri onun qaranlıq dövrləridir. Eramızdan əvvəl 12-ci əsrdə frigiyalılar burada yaşayırdılar, lakin siyasi təşkilat qura bilmədiklərindən burada uzun müddət hökmranlıq edə bilmədilər. Bitiniya padşahının ölümündən sonra onun yerinə böyük oğlu Nikomed gəldi. Nikomed qarət nəticəsində indiki İzmitin yerləşdiyi bölgədə Astakozla üzbəüz yeni daha təhlükəsiz şəhər qurdu. Nikomedia adlanırdı və Bitiniyanın paytaxtı oldu. Strabonun əsərində ( Coğrafiya , XII, 52-53) Nikomediya kimi qeyd olunan şəhərin adı türk mənbələrində Harizmi Nikumudiya, Şerif el-İdrisi Nikumudiyye və İbnül-İbruziyyə kimi qeyd olunur. Strabon öz kitabında bu şəhəri həm də cənnət parkı adlandırırdı. Maraqlıdır ki, həm də Strabon bu tarixi şəhəri ən təhlükəsiz şəhər adlandırırdı. Strabon bunu belə izah edirdi:Burada nə oğurluq, nə ölüm, nə də talan var.

Bunun səbəbləri də var. Təmiz hava, dənizlə təması, həmçinin sıx meşələrin olması buranı əsl cənnətə çevirmişdi.

İlk dövr Osmanlı qaynaqlarından Aşıkpaşazadədə və Neşridə İznikmid, XV-ci əsrin sonlarına aid bir vəqf kitabında İznikumid, eləcə də Matrakçı Nasuhun əsərində İznikumid adı ilə qeydə alınmışdır. Nəhayət, XIX əsrin ortalarına doğru İzmid və XX əsrin əvvəllərində indiki kimi İzmit adlanmışdır.

image-1

Böyük sənaye müəssisələri ilə yanaşı, mədəniyyət, turizm, incəsənət və ticarət şəhəri olmaqla Türkiyənin mühüm mərkəzlərindən biridir. Sahili, təbii gözəllikləri, böyük alış-veriş mərkəzləri, Olimpiya Buz Zalı, Beynəlxalq sərgi mərkəzi, Kocaeli yarmarkası, sekapark (mərkəzi park) Şəhər Meşəsi, gəzinti yerləri, üzgüçülük hovuzu, balıq restoranları, keyfiyyətli turizm obyektləri ilə İzmit məşhurdur. Şəhərə xas bir desert olan “pişmaniye” ilə dünya miqyasında tanınır.

İzmitin müasir dövrdə böyüməsi, əsasən, sürətli sənayeləşməsi İstanbul ilə Ankara arasındakı magistral və dəmir yolu xəttindəki mövqeyi ilə əlaqədardır. Türkiyənin kağız sənayesinin mərkəzidir və ölkənin tələbatının təxminən yarısını ödəyir. Böyük neft emalı zavodu var. Digər sənaye sahələrinə sement, fosfat, tekstil, neft-kimya və şinlər daxildir. İzmit limanı həm daxili, həm də beynəlxalq daşımalara xidmət edir. Şəhər böyük şəhərlərlə avtomobil yolu ilə bağlıdır.

İzmitdə  Osmanlı dövrünə aid bir çox binalar var. Bunlardan bəlkə də ən diqqət çəkəni və əhəmiyyətlisi Kasr-ı Xümayun Sarayıdır. Saray İstanbuldan kənarda tikilən ilk saraydır.

image-2

Saray memarlıq xüsusiyyətlərinə görə İstanbuldakı Dolmabahçe sarayına bənzəyir. Binanın interyeri xarici görünüşü ilə yanaşı, diqqəti cəlb edən memarlıq elementlərini özündə cəmləşdirir.

Bu şəhərdə məşhur bir mağarada da var. Damlataş formasiyaları ilə diqqət çəkən Parsık mağarasıdır.

image-3

Bu mağara stalaktitləri, stalaqmitləri və soğanşəkilli damcı daşları ilə heyranedici bir yerdir və mağarada damcı daşlarının əmələ gəlməsi hələ də davam edir.

İzmitdə görməli olduğunuz ən gözəl yerlərdən biri də Səlim Sırrı Paşa Köşküdür.

image-4
Bu malikanə 1888-1894-cü illərdə İzmit valisi olmuş, Osmanlı İmperatorluğunun ilk yol və körpü mühəndisi olan  Səlim Sırrı Paşa tərəfindən dizayn edilmiş və 1892-ci ildə inşa edilib. Taxta detallar valeh edərkən, bəzəklər Fransadan gətirilib. Döşəmə örtükləri İzmitdə 19-cu əsr mülki memarlığının ən zərif və gözəl nümunəsi olan bu bina diqqət çəkən yerlər sırasındadır. İzmitdə gəzməli yerlər siyahısında olan malikanənin ən diqqət çəkən detalı Osmanlı memarlığında ümumiyyətlə qala şəkilli otaq adlandırılan taxta kürəsinin olmasından irəli gəlir.

İzmit Saat Qülləsi

image-5
İzmitin simvolu sayılan İzmit Saat Qülləsi İzmitin ən əhəmiyyətli tarixi binalarından biridir. Hər il çox sayda turist tərəfindən ziyarət edilir. II Əbdülhəmidin  tərəfindən inşa edilən bu tarixi bina  dörd mərtəbədən ibarət olan Saat Qülləsinin orta mərtəbəsində yerləşir. Üst mərtəbədə saat var. Üç tərəfdə fəvvarələr var. Qüllənin üst mərtəbəsinə çıxanda sizi körfəzin gözəl mənzərəsi gözləyir. 2020-ci ilidə ölkəmizdəki Vətən müharibəsi ərəfəsində İzmitdəki saat qülləsi Azərbaycan bayrağını rəngləri ilə işıqlandırdıldı.

Bu tarixi şəhərin daha bir üstünlüyü isə istənilən fəsildə bu şəhərdə normal hava tempraturunun olmasıdır. Tarixi binaların, gəziləcək yerlərin və havanın yaxşı olması turistlərin bu qədim şəhərə axın etməsinə rəvac verir.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90