image-rt-reklam
image-1672988075_16729873224914159258_1200x630backend

Talış kəndinə qaz xəttinin çəkilişi yekunlaşdı

image-728x90
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq qaz təchizatı məqsədilə yaşayış məntəqələrində paylayıcı qaz şəbəkəsinin qurulması nəzərdə tutulub. Bu istiqamətdə görülən ilkin iş Tərtər rayonunun Talış kəndinin qazlaşdırılması olub. Dekabrın 15-dən etibarən Talış kəndinə polietilen borularla daşıyıcı yeraltı qaz kəmərinin çəkilməsi işlərinə başlanılıb.

“Azəriqaz” İB-dən Ulusal.az-a bildirilib ki, vaxt məhdudiyyəti nəzərə alınaraq qazıntı işlərinə çox sayda müxtəlif texnika və işçi qüvvəsi cəlb edilməklə ikinövbəli iş rejimində günün gecə vaxtlarında da işlər davam etdirilib. Yeraltı daşıyıcı qaz kəmərinin tikintisi gedişatında qazıntı işlərindən öncə qaz kəmərinin dəhlizi boyunca Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən aparılmış mina təmizləmə əməliyyatları zamanı çoxsaylı mina aşkarlanıb və zərərsizləşdirilərək ərazidən kənarlaşdırılıb. Qısa müddət ərzində tikinti-quraşdırma işləri başa çatdırılaraq qaz kəməri qaz təchizatı mənbəyinə qoşulub.

Məlumat üçün bildirək ki, yeni çəkilmiş qaz xəttinin uzunluğu 11,1 kilometrdir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90