image-rt-reklam
image-pakistan_ordubackend

“Taliban” silahlıları Pakistan ordusuna hücum etdi: ölənlər var

image-728x90

Pakistanda “Tehrik-e Taliban Pakistan” silahlıları ölkənin silahlı qüvvələrinin Hayber-Paxtunxva əyalətində nəzarət-buraxılış məntəqəsinə hücumu ediblər.

Hücum zamanı 3 əsgər həlak olub, daha 8 əsgər yaralanıb.

Atışmadan sonra terrorçular qaçmağa çalışsalar da, təhlükəsizlik qüvvələri onları yaxalayaraq dörd hücumçunu məhv ediblər.

Həmin əyalətdə terrorçular hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı daha bir neçə hücum həyata keçirib. Pakistan “Taliban”ı ilə toqquşmada iki polis əməkdaşı həlak olub. Bir terrorçu zərərsizləşdirilib.

Pişəvərdə təhlükəsizlik qüvvələri Daxili İşlər Nazirliyinin əməkdaşlarına atəş açan terrorçu məhv edilib. Hücum edənin cəsədi zirehli maşına bağlanaraq ictimaiyyətə nümayiş etdirilib.

İyunun əvvəlindən qrup 30-a yaxın hücum həyata keçirib, onlardan yeddisi son on iki saat ərzində olub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90