image-2000x150
image-talibanbackend

“Taliban” marixuananın yetişdirilməsini qadağan etdi

image-728x90

Əfqanıstan ərazisində marixuananın yetişdirilməsi qadağan edilib.

Bu barədə göstəriş hazırda Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” hərəkatının lideri Heybətullah Axundzadə tərəfindən verilib.

“Ölkədə marixuananın yetişdirilməsi qəti qadağandır. Məhkəmələrə şəriət qanunlarına uyğun olaraq cinayətkarları cəzalandırmaq tapşırılıb”, – “Taliban” liderinin göstərişində yazılıb.

Qeyd edək ki, Əfqanıstan dünyanın ən böyük tiryək və marixuana istehsalçılarından biridir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90