Tanınmış şair – publisist , əməkdar jurnalist Tahir Talıblının yeni ” Söz söz olunca ” kitabı işıq üzü görüb. Kitabın redaktoru tanınmış yazıçı Soylu Atalıdır. Kitabın birinci bölümündə şeirlər, ikinci bölümündə isə, illərdir Azərbaycan radosunda dinlədiyimiz “Bulaq” verilişinin bir neçə sayının mətnləri yer alıb.
Kitabın redaktoru Soylu Atalı Analoq.az -a bildirib ki , Tahir bəyin şeirləri özünə xas üstünlükləri olan, həyat anlamı ilə yüklü şeirlərdir.
Eləcə də “Bulaq” mətnləri xalq ruhunun incilərini, elmi qavramlarını sağlayan düzəydədir. Bununla bağlı Tahir bəyi qutlayıram, uğurlar diləyirəm. Bu kitabın araya gəlməsində bizim də qatqımız olduğu üçün soydaşlarımızla sayğılarımızı paylaşmaqdan sevinc duyuruq.
Tahir Talıblının bugünə kimi “Sevgi harayı”, “Yazılmamış şerlər”, “Yollara çıxmışam”, “Bizi yurd saxlar” , “Bu tale dediyin” , “Qurdu qəmgin quşu qərib ” şeirlər kitabı , dövlət və elm xadimi, tibb elmləri doktoru, professor
“Əziz Əliyev:dövrü, həyatı, şəxsiyyəti ” , və məqalələrinin toplusu olan “Vaxt vaxtında gəlir…” kitabları işıq üzü görüb.
Tahir Talıblı sayca 9 – cu kitabını oxuculara fevral ayında 75 illik yubileyi ərəfəsində etməyi planlaşdırıb.