image-2000x150
image-1backend

Şvartsenegger Münhen hava limanında saxlanıldı

image-728x90

Amerikalı aktyor və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger Münhen hava limanında saxlanılıb.

Ulusal.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Nəşrin məlumatına görə, aktyor bir neçə saatdır ki, aeroportun ofisindədir. Səbəb onun üzərində, Şvartseneggerin dediyi kimi, hərracda satmağa hazırlaşdığı dəbdəbəli “Audemars Piguet” saatının tapılması olub.

Bildirilib ki, Şvartsenegger Münhendən Ümumdünya İqlim Sammitinin keçirildiyi Kitzbühelə getməyi planlaşdırıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90