image-2000x150
image-1backend

Sülhməramlıların Azərbaycandan çıxarılmasına Kremldən reaksiya gəldi: Bəli, həqiqətən…

image-728x90

Dmitri Peskov Rusiyanın Qarabağdan sülhməramlı kontingentini çıxarmağa başladığı barədə Azərbaycan mətbuatının məlumatını təsdiqləyib.

Ulusal.az xəbər verir ki, Peskov jurnalistlərin müvafiq sualını cavablandıraraq, “Bəli, həqiqətən belədir” deyib.

Mətbuatının yazdığına görə, 2020-ci il müqaviləsinə əsasən Qarabağda olan sülhməramlı kontingentin ilk şəxsi heyəti və hərbi texnikası bir neçə gün əvvəl Kəlbəcər rayonundakı Xudavəng məbədinin ərazisini tərk edib. Sosial şəbəkələrdə Rusiyanın texnika karvanının Azərbaycanın Tərtər və Bərdə rayonlarından keçməsi ilə bağlı video da yayılıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90