“Skuterlərin sürəti 60 km saat çərçivəsindədir”.
Ulusal.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Şahin İsmayılov deyib.
“Xaricdə bu məsələnin aradan qaldırılması üçün skuterlərə fərqlənmə nişanlarının taxılması məcburiyyəti gətirilib. Bizdə də bu təcrübədən istifadə olunsa, yaxşı olar. Azərbaycanda skuterlər yayılmağa başlayıb. Burada fərqlənmə nişanlarının qoyulması nəticəsində gələcəkdə qəza törədən zaman kimlərin günahkar olduğunu aydınlaşdırmaq olar”.
Milli Məclisin sədri Sahibə Qafarova skuterin sürətinin göstəricisinin olub-olmaması ilə maraqlanıb və deyib: “Elə danışırsınız, elə bil skuter sürürsünüz”.modern.az