image-2000x150
image-rusiya-texnika-696x434backend

Şoyqu Uqledarı tutmağı tələb edir – Rüstəm Muradova əmr verildi

image-728x90

“Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu Şərq Hərbi Dairəsinin (ŞHH) komandanı general-polkovnik Rüstəm Muradova nəyin bahasına olursa-olsun Uqledar ələ keçirməyə əmr edib”.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Məlumata görə, Uqledar istiqamətində irəliləyişin olmaması Muradovla bağlı tənqidi fikirləri artırıb:

“Şoyqunun verdiyi tapşırıqları yerinə yetirmək üçün Muradovun yeni şəxsi heyətə və texnikaya ehtiyacı var. Amma Şoyqunun Muradovu lazımi resurslarla təmin edib-etməyəcəyi hələ məlum deyil”.

Qərb analitiklərinin fikrincə, Rusiya qüvvələri Ukrayna ərazisində 2023-cü ilin ən böyük raket zərbəsini martın 9-da həyata keçirib:

“Hücum zamanı müxtəlif növ raketlərdən, o cümlədən hipersəs raketlərindən istifadə olunub. Rusiya qüvvələri, həmçinin İran istehsallı “Şahed” PUA-ları ilə Ukraynaya hücum edib. Məlumata görə, həmin “Şahed”lərdən 4-ü vurulub. Rusiya qüvvələrinin dünənki raket hücumunda əsas hədəfi Ukraynanın enerji obyektləri olub”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90