ABŞ Dövlət Departamenti Türkiyəyə təxminən 23 milyard dollara 40 ədəd F-16 blok 70 döyüş təyyarəsi və 79 ədəd F-16 döyüş təyyarəsi modernizasiya dəstinin satışı ilə bağlı Konqresə rəsmi bildiriş göndərib.
Ulusal.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi yazılı açıqlama yayıb.
ABŞ Konqresinin satışı qiymətləndirmək üçün 15 günlük qanuni müddəti var və bu müddət ərzində etiraz olmasa, satış rəsmi olaraq həyata keçiriləcək.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan 40 yeni F-16 blok 70 döyüş təyyarəsi və inventarında olan 79 təyyarə üçün modernizasiya dəsti tələb etmişdi. Keçən il Konqresin bəzi üzvləri F-16-ların satışını şərtləndirən əlavə maddələri ABŞ Müdafiə Nazirliyinin büdcə qanun layihəsindən çıxarıblar.Musavat.com