image-2000x150
image-v-1-780x470backend

Sinan Oğan: “5 şərtimizə əməl edən tərəfə dəstək verəcəyik”

image-728x90

Türkiyədə keçirilən son seçkilərin əsas parlayan siyasətçisi Sinan Oğan oldu. Prezidentliyə namizəd Oğan seçkilərdə 5.17 faiz səs alaraq, ilkə imza atdı.

Hazırda Türkiyədə əsas müzakirə mövzusu olan ATA İttifaqının ikinci turda kimə səs verəcəyidir. Müşahidəçilər hesab edirlər ki, sözügedən ittifaq kimin qalib olacağını müəyyənləşdirəcək. Amma bunun asan olmayacağı da dəqiqdir. Çünki Sinan Oğanın bir sıra şərtləri var.

Mətbuata açıqlama verən Oğan bildirib ki, ilk addım ATA İttifaqına daxil olan Zəfər, Ədalət, Ölkəm və Türkiyə Alyans Partiyalarının sədrləri ilə bir araya gəlmək olacaq. O, prezidentliyə namizədliyini irəli sürmək üçün imza atan ictimai rəy liderləri ilə görüş keçirəcək. Bu görüşlərin nəticələrinə əsasən 14 günlük prosesin yol xəritəsi müəyyənləşəcək.

Qeyd edək ki, Sinan Oğan dəstəkləyəcəyi namizəd üçün 5 vazkeçilməz şərt müəyyən edib. Bunlar Konstitusiyanın ilk dörd maddəsinin dəyişməzliyi, 66-cı maddədə türklüyün Konstitusiyadan çıxarılması cəhdinə qarşı sədd qoyulması, 13 milyon qaçqının göndərilməsi, faiz böhranından qurtuluş, inflyasiya və nəticələrin aradan qaldırılmasıdır. Bundan başqa, o, seçkidə iştirak edən tərəflərin terror təşkilatları və onların siyasi bağlantıları ilə əlaqələrin kəsilməsi də əsas şərt kimi gündəmdədir. “FETÖ, PKK və Hizbullah terror təşkilatları başda olmaq üzrə terror təşkilatları ilə məsafə qoyulmazı vazkeçilməzdir. Bundan sonra başqa məsələlər müzakirə edə bilərik”.

İkinci turu türk millətçilərinin və kamalçılarının müəyyən edəcəyini vurğulayan Oğan, çıxışlarında münasibəti ilə bağlı bu ipuçlarını verib: “Türkiyənin böhrana girməsinə heç vaxt imkan verməyəcəyik. Bu seçkidə ən stabil biz olduq. Gələcəkdə də bu mövqeyi davam etdirəcəyik. Biz öz münasibətimizi millətimizin mənafeyinə uyğun olaraq təyin edəcəyik. Qarşıda bizi çətin 15 gün gözləyir. Biz heç vaxt deməyəcəyik ki, filan şeyi dəstəkləyəcəyik. Əksinə deyirk ki, məsləhətləşəcəyik”.

O bildirib ki, bu seçkidə HDP və HUDA PAR-ın əsas olmayacağını əvvəlcədən deyiblər.  “Biz dedik ki, bu seçkinin müəyyənedicisi biz olacağıq. İstədiyimiz bütün məqsədlərə nail olduq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90