image-rt-reklam
image-defaultbackend

Şimali Koreya iki tələbəni Cənubi Koreya dramlarına baxdıqları üçün edam edib

image-728x90

Ulusal.az xəbər verir ki,  Şimali Koreyada iki tələbə Cənubi Koreya dramlarına baxdığına və kütləvi şəkildə yayılmasına görə edam edilib.

KİV-in məlumatına görə, edamlar oktyabrın əvvəlində həyata keçirilib. Cəzanın Cənubi Koreya əyləncə məzmununa baxmağı və ya ölkəyə gətirilməsini cinayət hesab edən KXDR-in mədəniyyət qanununa əsaslandığı iddia edilib. Mənbələrin məlumatına görə, müttəhimlər iki tələbə olub.

Onlar dramların surətlərini dostlarına ötürərkən yaxalanıblar. Mənbələrin məlumatına görə, tələbələri ələ keçirmək üçün Şimali Koreya hakimiyyəti casusların da iştirak etdiyi əməliyyat təşkil edib. Bundan əlavə, Chosun Ilbo-ya görə, edam edilənlər edam zamanı 18 yaşından kiçik idilər. Onların güllələndiyi bildirilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90