image-2000x150
image-1backend

Separatçılar cinayətkarları ordumuza qarşı hazırlayır – ŞOK PLAN

image-728x90

Qarabağda separatçı rejim cinayətkarları Azərbaycana qarşı mübarizəyə cəlb etməyə hazırlaşır.

Ulusal.az xəbər verir ki, separatçı rejim 2023-cü ilin aprelin 1-dək cinayət törətmiş və ya cinayət törətməkdə şübhəli bilinən şəxslərə amnistiya elan etmək niyyətindədir.

Məlumatlara görə, bununla bağlı məsələ artıq müzakirə olunur və yaxın günlərdə amnistiya həyata keçiriləcək. 100 cinayətkarın amnistiyaya düşəcəyi gözlənilir.

Separatçı rejim bu addımını Laçın postunun qurulmasından sonra yaranmış çətin vəziyyətlə əlaqələndirir. Lakin bu addımın əsas hədəfinin Azərbaycana qarşı planlarla bağlı olduğu istisna edilməməlidir.

Birincisi, reinteqrasiya prosesini qəbul etməyən separatçılar mövcudluqlarını qorumaq üçün Azərbaycanla müharibəyə hazırlaşır: cinayətkarların canlı qüvvə olaraq istifadə ediləcəyi istisna deyil;

İkincisi, Azərbaycan ordusunun qarşısında aciz vəziyyətdə olan separatçılar böyük ehtimalla, təxribatlar, hətta terror aktlarına əl ata bilər: cinayətkarların azad edilməsi də onlardan məhz ordumuza qarşı təxribat və terror aktlarının törədilməsinə hesablanıb;Publika

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90