image-rt-reklam
image-444backend

Sepahın terrorçular siyahısına daxil ediləcək – Senat hökuməti razı salıb

image-728x90

Kanada Senatı İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) terrorçu təşkilatlar siyahısına daxil edilməsinə dair hökuməti razı salıb.

“Report” xəbər verir ki, bu barədə Kanada Senatının nümayəndəsi Ratna Ümidvar tviter səhifəsndə yazıb.

Məlumata görə, Sepahın terrorçu təşkilat olaraq tanınması təklifini R.Ümidvar irəli sürüb.
Ətraflı

Bildirilib ki, 2018-ci ildə Kanada parlamenti Sepahı terrorçu təşkilat olaraq tanısa da, Baş nazir Castin Trüdo tərəfindən bu məsələ reallaşmayıb.

Qeyd edək ki, ABŞ və İsrail bu silahlı birləşməni terrorçu təşkilatlar siyahısına daxil edib. Avropa İttifaqı, Böyük Britaniya isə bu silahlı qüvvəninin ayrı-ayrı təmsilçilərinə qarşı sanksiya tətbiq edib.

Xatırladaq ki, Ratna Ümidvar miqrasiya, müxtəliflik və inklüzivlik mövzusunda beynəlxalq səviyyədə tanınmış simadır. O, 1981-ci ildə İrandan Kanadaya mühacirət edib. O, 2016-cı ildə müstəqil senator kimi Kanada Senatına təyin olunub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90