image-2000x150
image-1685013247__106352894_mediaitem106352893backend

SEPAH-ın terrorçularla əlaqəsi ifşa olundu – VİDEO

image-728x90

SEPAH-ın yüksək rütbəli komandirləri ilə PJAK terror təşkilatının rəhbərləri arasında görüş keçirilib.

Bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
“Təhlükəsizlik elə bir səviyyəyə çatıb ki, hətta SEPAH-ın yüksək rütbəli komandirləri müxaliflərlə müzakirələr aparırlar”, – videoda bildirilir.

Qeyd edək ki, PJAK terror təşkilatının yaranmasında SEPAH-ın və İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əli olduğu bildirilir. Silahlı qruplaşma Güney Azərbaycan, Anadolu və hətta Naxçıvana torpaq iddiaları irəli sürür.
Adıçəkilən qruplaşma bu günə kimi Qərbi Azərbaycan əyaləti və Türkiyə ərazisində onlarla qanlı silahlı əməliyyat həyata keçirib. Yayılan video SEPAH-ın kürd silahlı dəstələri, xüsusilə PJAK-la əlaqələrinə dair iddialara növbəti sübut sayıla bilər.bizim.media

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90