İrandan Azərbaycana açıq terror təhdidi gəlməyə başlayıb.
Dünən axşam xomeyniçi jurnalist Hüseyn Əlinin adından (Həmid Babai) Facebook səhifəsində video yayımlanıb.
Babai xəbərdarlıq edib ki, Müsavat Partiyası noyabrın 15-də İranın Bakıdakı səfirliyi qarşısında mitinq keçirsə, dərhal aşağıdakı cavab tədbirləri görüləcək:
Tehranda aksiya keçiriləcək, onun iştirakçıları Azərbaycan səfirliyinə daş atacaqlar;
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisindən İrana daxil olan yük maşınlarının sürücüləri öldürüləcək, nəqliyyat vasitələri isə yandırılacaq.