image-rt-reklam
image-1backend

Seçki Türkiyənin siyasi xəritəsindəki rəngləri belə dəyişdi – FOTO

image-728x90

Türkiyədə iştirak nisbətinin 78% olduğu yerli seçkilərdə müxalifət partiyası CHP 47 ildən sonra ilk dəfə 30 faizi keçib. Türkiyənin seçki xəritəsi 22 ildən sonra xeyli rəng dəyişib.

Ulusal.az xəbər verir ki, qeyri-rəsmi nəticələrə görə, CHP 1977-ci ildən sonra səs nisbətini 37,74 faizə çatdırıb. Əvvəlki seçkilərlə müqayisədə səs itirən hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) 35,49 faizdə qalıb. MHP, İYİ Partiya, Zəfər Partiyası, DEM Partiyası, Səadət Partiyası, Gələcək və Dəva Partiyasında məyusluq yaşanıb.

Rayonlar üzrə 356 seçki dairəsində AK Partiya, 337 seçki dairəsində CHP, 122 dairədə MHP qalib gəlib.

Qeyri-rəsmi nəticələrə görə sürprizin yaşandığı şəhərlərdən biri də Sivas olub. Seçkilərdə BBP-nin namizədi Adem Uzun 43,30 faiz səslə qalib gəlsə də, onun partiyası ölkə üzrə cəmi 0,43 faiz səs toplayıb.

Gözləntilərdən xeyli aşağı olan İYİ Partiya vilayət əsasında yalnız 52,02 faiz səslə Nevşehiri qazanıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90