image-rt-reklam
image-1backend

Şarmazanov: “Paşinyandan xilas olmasaq, Ermənistan Ukraynaya çevriləcək”

image-728x90

Ulusal.az xəbər verir ki, Ermənistan parlamentinin keçmiş vitse-spikeri, politoloq Eduard Şarmazanov ölkəsinin Ukraynaya çevriləcəyi barədə xəbərdarlıq edib.

O, bu məsələdə Qərbi və Ermənistan baş naziri Nikol Paşinyanı ittiham edib.

“Onlar Ermənistanı Ukraynaya çevirmək istəyirlər. Bu isə o deməkdir ki, dövlətimiz anti-Rusiya tramplininə çevriləcək. Ermənistan suverenliyini itirə, yeni ərazi və insan itkiləri verə bilər”, – E.Şarmazanov bildirib.

Siyasətçi, həmçinin N.Paşinyanı Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili və Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə müqayisə edib:

“Onları birləşdirən nədir? Qərbə sevgi, Rusiyaya nifrət. Onlar itkiyə getmək yolunu seçilirlər. Bir şey aydındır: ölkəmiz Paşinyandan xilas olmalıdır. Əks halda pis sürprizlər olacaq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90