Futbol üzrə milli komandamızın yeni baş məşqçisi Fernandu Santuş qarşısına qoyulan hədəfdən danışıb.
Ulusal.az xəbər verir ki, portuqaliyalı Gürcüstanın Avro-2024-də iştirakının onun üçün motivasiya olduğunu deyib.
“Gürcüstanın Avropa çempionatında çıxış etməsi bizim üçün motivasiyadır. Qazaxıstan da buna yaxın idi. Onlar pley-offda dayandılar. Biz də buna nail ola bilərik. Birlikdə səy göstərsək, biz də belə turnirlərin final mərhələsində oynaya bilərik. Təəssüf ki, əvvəlki illərdə Azərbaycan bunu reallaşdıra bilməyib. Bu, mənim üçün motivasiyadır ki, ilki reallaşdırım. Bunun üçün əlimdən gələni edəcəm. Çalışacağam ki, Azərbaycan xalqını sevindirək. Biz bunun üçün onlardan dəstək də gözləyirik.
Qeyd edim ki, mən heyətimlə birlikdə burada yaşayacam. Layihəmizin reallaşması üçün əlimizdən gələni edəcəyik. İşimiz oyunlara gəlib futbolçu seçmək olmayacaq. Biz təhlillər aparıb digər məsələlər və problemlər üzərində çalışacağıq. Ona görə siz media də daxil olmaqla hər kəslə birlikdə addımlar atacağıq”.