image-rt-reklam
image-1backend

Safranbolu “Sakit şəhər” oldu

image-728x90

Türkiyənin Karabük rayonunun Safranbolu qəsəbəsi “Sakit Şəhər’ (Cittaslow) ünvanını aldı.

Ulusal.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrs Siyahısına daxil olan Safranbolu qəsəbəsinə Belçikanın Damme şəhərində təşkil edilən mərasimdə “Sakit şəhər” ünvanı verildi.

Tarixi quruluşu, yerli məhsulları və təbii gözəllikləri ilə Türkiyənin bənzərsiz qəsəbələrindən biri olan Safranbolu Türkiyənin 25-ci sakit şəhəri oldu.

Safranbolu bələdiyyə sədri Elif Köse 1,5 il əvvəl ‘”Sakit Şəhər” şəbəkəsinə qoşulmaq üçün işə başladıqlarını bildirərək “Sakit şəhər”in tələb etdiyi 70 xüsusiyyəti təmin etdiyimiz üçün Safranbolu “Sakit şəhər” oldu” deyib: “Safranbolu üçün hədəf auditoriyamız mədəniyyət turizmindən anlayan və alıcılıq qabiliyyəti yüksək olan kütlədir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90