image-2000x150
image-saakasvili-1backend

Saakaşvili ÖLÜM ASTANASINDA: “Sümüklərim parçalanır”

image-728x90

Fevral ayında apellyasiya prosesində müstəqil ekspertin Mixeil Saakaşvilinin həbsdə olarkən zəhərlənməsi ilə bağlı iddiası dinlənilib.

Gürcüstan hakimiyyəti bu ehtimalı rədd edir və onun müalicə üçün Avropaya köçürülməsinə icazə vermir.

Nəşr qeyd edir ki, onun jurnalistləri xəstəxanaya buraxılmayıb, lakin onlar Saakaşviliyə vəkili vasitəsilə sualları ötürə və yazılı cavablar ala biliblər.

“Əvvəlcə 120 kiloqram çəkim var idi, indi 64 kiloqram çəkim var, 60-dan aşağı düşsə, həkimlər çoxlu orqan çatışmazlığını proqnozlaşdırırlar”, – Saakaşvili deyib.

O əlavə edib ki, daimi ağrıları var.

“Mən hər zaman yataqdayam, sümüklərim parçalanır və bu, dözülməz ağrılara səbəb olur”, – Saakaşvili bildirib.

Qeyd edək ki, Mixeil Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. Keçmiş prezidentin həkim komandası 2021-ci ilin oktyabrında həbs olunduqdan və aclıq aksiyasına başladıqdan sonra səhhətinin xeyli pisləşdiyini bildirib. 2021-ci ilin sonunda xəstəxanaya aparılıb.

Xatırladaq ki, Avropa Parlamenti Gürcüstanı eks-prezident Mixeil Saakaşvilini əfv etməyə və azad etməyə çağıran qətnamə qəbul edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90