image-2000x150
image-default_46backend

Saakaşvili: İvanişvili Gürcüstanı Putinə təslim edir

image-728x90

Vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 6 il həbsə məhkum edilən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Almaniyanın “Bild” nəşrinə müsahibə verib.

Ulusal.az  xəbər verir ki, o, digər məsələlərlə yanaşı, Rusiya prezidenti Vladimir Putinin onun cinayət təqibində həlledici roluna “tamamilə arxayın olduğunu” bildirib.

Saakaşvilinin sözlərinə görə, əmindir ki, rəhbərlik etdiyi Vahid Milli Hərəkat partiyası 2012-ci ilin oktyabrında keçirilən parlament seçkilərində məğlub olub və Rusiyanın genişmiqyaslı xüsusi əməliyyatı nəticəsində hakimiyyəti itirib. “Onlar İvanişviliyə (hakim “Gürcü Arzusu” partiyasının qurucusu, milyarder) seçki kampaniyasını aparmaq üçün iki milyard dollar verdilər”, – deyə keçmiş prezident həmin seçki kampaniyası zamanı Rusiyadakı bütün aktivləri gürcü milyarderin sata bildiyini xatırladıb.

“İvanişvili Gürcüstanı Putinə verir və Zelenskiyə kömək etmək üçün Ukraynaya qayıtmağımı istəmir”, – eks-prezident bildirib. Saakaşvili Ukraynanın hazırkı prezidentini “müasir Çörçil” adlandırıb.

Gürcüstan hakimiyyəti Saakaşvilinin ittihamlarına hələ ki, reaksiya verməyib. Moskvadan da rəsmi şərh gəlməyib.

Müsahibəsində səhhəti ilə bağlı danışan Mixail Saakaşvili qeyd edib ki, 2021-ci il oktyabrın 1-də həbs olunduqdan sonra o, 120 kiloqramdan 67 kiloqrama qədər arıqlayıb. Bundan əlavə, siyasətçi Qldani həbsxanasına məcburi köçürmə zamanı beyin zədəsi aldığını iddia edir.(publika)

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90