image-rt-reklam
image-6backend

Rüstəm Paşa camisi – FOTOLAR

image-728x90

Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin  Türkiyənin Azərbaycandakı səfirliyi ilə birgə təşkil etdiyi səfərimiz  çərcivəsində İstanbulda Rüstəm Paşa camisində olduq. Tarixin bütün izlərini özündə qoruyub saxlayan bu möhtəşəm camini hər gün onminlərlə turist və yerli sakin ziyarət edir.

Rüstəm Paşa camisi Türkiyənin İstanbul şəhərinin Fatih ilçəsinin Tahtakale ərazisinin Hasırcılar çarşısının önündə yerləşən 16-cı əsr Osmanlı camisidir.

Rüstəm Paşa camisi  böyük vəzir Rüstəm Paşa  adına inşa edilib. Rüstəm Paşa kim idi? Tarixi qaynaqlarda öz əksini tapan məlumatlara görə Rüstəm Paşa  Qanuni Sultan Süleymanın kürəkəni idi. İgid və döyüşkən bir sərkərdə kimi bir çox döyüşlərdə iştirak edən Rüstəm Paşa həm də Sultan Suleymanın ən sevimli kürəkənlərindən biri idi. Rüstəm Paşa Sultan Suleymanın Hürrəm Sultandan (Rokselena) olan  qızı Mihrimah Sultan ilə ailə qurmuşdu.

Rüstəm Paşa 1561-ci ilin iyul ayında 61 yaşında qəflətən dünyasını dəyişir. Rüstəm Paşanın vaxtsız vəfatı çoxlarını üzmüşdü. Osmanlı sarayında bu ədalət şəxs üçün təziyyə məclisləri təşkil edilirdi. Memar Sinan sevdiyi bu sərkərdə üçün möhtəçəm bir cami inşa etmək qərarına gəlir.  Cami 1561-ci ildən 1563-ci ilə tikilib başa çatdırılır. Məscid kompleksində hal-hazırda bir mədrəsə yerləşir.

Qoşqar Salmanlı

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90