Dünyanın bir çox ölkələrində tarixi abidələr var. Bu abidələr tarixin zənginliyindən gələn ənənləri özündə qoruyub saxlayır. Qardaş Türkiyədə də çoxsaylı tarixi abidələr var. Tarix boyu onlarla sivilizasiyaya ev sahibliyi etmiş Trabzon tarixi abidələr baxımından çox zəngin bir şəhərdir. Belə ki, şəhərdə 983 mədəniyyət abidəsi və 25 arxeoloji abidə var. Şübhəsiz ki, bu tarixi əsərlərdən ən diqqət çəkəni Trabzonun simvoluna çevrilmiş Sümela Manastırıdır. Maçka rayonunun Altındərə kəndi sərhədləri daxilində yerləşən bu heyrətamiz tikili sıldırım qaya üzərində tikilib. Trabzonun möcüzələrindən biri olan Sümela Manastırının tarixi və bilinməyən hekayəsini oxucularımızın diqqətinə çatdırırıq.
Qara monastır Sumela…
Xalq arasında “Məryəm Ana” kimi də tanınan Sümela Manastırı 300 metr yüksəklikdə yerləşir. Monastır Məryəmin adına inşa edilib. “Süməla” sözünün “bəhməz” sözündən əmələ gəldiyini qeyd edirlər. “Bəkməz” qara deməkdir. Məryəmin təsvirinin qara rəngdə olduğu və ya bu adın səbəbi kimi Şərqi Avropadan gəldiyi bildirilir.
Monastrın XIII əsrdə restavrasiya olunduğu bildirilir
Sümela monastırı haqqında çoxlu rəvayətlər var. Ancaq ən çox yayılmış rəvayətə görə Sümela monastırının əsası Bizans imperatoru I Feodosiusun (375-395) dövründə Afinadan buraya gələn Sofranios və Barnaba adlı iki keşiş tərəfindən qoyulub. İmperator Yustinianus bu yerin VI əsrdə təmir olunmasını istəyir və monastır general Belisarios tərəfindən təmir edilir. Sümela monastırının indiki formasını XIII əsrdə aldığı məlumdur. 1204-cü ildə qurulan Trabzon Komnenos Knyazlığı dövründə hökmranlıq edən III. Aleksixosun dövründə bu yerin əhəmiyyəti daha da artdı. Hətta burada fərmanlarla gəlir də təmin edilirdi. Aleksiosun oğlu və digər şahzadələrin dövründə monastır zənginləşməyə davam etdi.
Osmanlı dövründə bu monastrın tarixi əhəmiyyəti daha da artdı
Bir müddət sonra Şərqi Qara dəniz sahilləri türklərin hakimiyyəti altına keçdi. Ancaq Osmanlı İmperiyası monastırın hüquqlarını qorudu və bu monastrı vergidən azad etdi. 18-ci əsrdə bəzi divarlar freskalarla bəzədilib, bir çox hissələri yenilənib. Böyük binalar 19-cu əsrdə əlavə edildi. Bundan sonra parlaq və zəngin bir dövr yaşanmış və indiki möhtəşəm görkəmini almışdır. Həmçinin bu dövrdə bir çox səyyahlar monastıra baş çəkmiş və öz yazılarında monastırdan bəhs etmişlər. 1916-1918-ci illər arasında Rusiya işğalı zamanı monastır talan edildi. Monastrdakı qiymətli əşyalar oğurlandı. Ancaq 1923-cü ilə monastr tamamilə boşaldı.
Sümela Monastırının quruluşu
Sümela monastırının hissələri arasında kitabxana, müqəddəs bulaq, tələbə otaqları, qonaq evi, mətbəx, ibadətgah və qaya kilsəsi var. Binalar geniş ərazidə yerləşir. Yamacda suyun gəldiyi böyük su kəməri var. Monastıra dar və uzun pilləkənlərlə daxil olmaq mümkündür. Giriş qapısının düz yanında mühafizə otaqları var. Bu yerdən daxili həyətə enə bilərsiniz. Həyət ətrafındakı binaların otaqlarının ocaqlarında, hücrələrində, şkaflarında da türk sənətinin təsirini görmək olar. Qaya kilsəsinin və ona bitişik kilsənin xarici və daxili divarları freskalarla doludur. Yenə daxili həyətdə III. Aleksios dövrünə aid freskalar var. Sümela monastırındakı freskalarda İncildən səhnələr var. Bu gün bu monastra bir çox ölkələrdən turistlər səyahət edir. Turistlərin çoxluğunu nəzərə alan Türkiyə hökuməti bu ərazidə abadlıq və quruculuq işləri aparıb. Statistikaya görə hər il bu monastrı yüz mindən artıq turist ziyarət edir.
Qoşqar Salmanlı