image-rt-reklam
image-pua_vuruldubackend

Rusiyaya kütləvi GECƏ HÜCUMU: 8 vilayət hədəfə alındı, 35 PUA vuruldu

image-728x90

Kütləvi gecə hücumu zamanı Ukrayna Silahlı Qüvvələrinə məxsus 35 pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Ulusal.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumilikdə Rusiyanın 8 regionunda, o cümlədən Moskva, Belqorod, Kaluqa, Oryol, Rostov, Yaroslavl, Krasnodar və Kursk vilayətlərində hücumlar dəf edilib.

Bundan əvvəl Moskva meri Sergey Sobyanin Moskva vilayətinin Stupinski, Ramenski və Domodedovo şəhər rayonlarında PUA-ların məhv edildiyini açıqlamışdı.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90