image-2000x150
image-81a35313-98e0-4885-bb7d-5ab8a398f76abackend

RUSİYANIN SON 5 AYDAKI İTKİLƏRİNİN SAYI AÇIQLANDI – Baxmutda əməliyyatlar dayandırıldı

image-728x90

“Dekabr ayından bu yana Ukrayna ilə müharibədə 20 mindən çox rus hərbçisi həlak olub”.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi gündəlik mətbuat konfransında çıxış edərkən deyib.

“Əldə etdiyimiz kəşfiyyat məlumatlarına görə, ruslar dekabrdan bəri 100 min nəfər hərbçi itirib. Onlardan 20 min nəfəri həlak olub, 80 mini isə yaralanıb”,- Kirbi bildirib.

Kirbi qeyd edib ki, həlak olan hərbçilərin təxminən yarısı Rusiyanın müxtəlif bölgələrindəki həbsxanalardan müharibəyə cəlb etdiyi dustaqlardır.

Rusiyanın Donbas bölgəsinə hücum cəhdinin böyük ölçüdə uğursuzluqla nəticələndiyini ifadə edən Kirbi əlavə edib ki, “Rusiya ordusunun Baxmut hücumu dayandırılıb və uğursuzluğa düçar olub”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90