image-rt-reklam
image-1backend

Rusiyanın pulları ilə  Ukraynaya silah alınacaq

image-728x90

Ulusal.az xəbər verir ki, Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Rusiyanın Avropada dondurulmuş aktivlərindən əldə edilən gəlirin 90%-nin Avropa Reace Facility fondu vasitəsilə Ukraynaya silah almaq üçün istifadə dilməsini təklif edəcək. Cozep Borrel konkret təklifin çərşənbə günü (bu gün) veriləcəyini söylədi.
”Reuters” agentliyinin məlumatına görə, Borrell bu təşəbbüsü Aİ liderlərinin sammitindən əvvəl üzv ölkələrə təqdim etməyi planlaşdırır. Sammit cümə axşamı və cümə günləri keçiriləcək.
Borrell vurğulayıb ki, Ukraynaya köçürülməsi planlaşdırılan pullar aktivlərin özləri deyil, onlardan əldə edilən gəlirlərdir. Diplomatın bəyanatına görə, planın reallaşması Ukraynaya hər il 3 milyard avroya yaxın gəlir gətirə bilər. Təklif martın 20-də keçiriləcək Aİ liderlərinin sammitindən əvvəl rəsmi şəxslərə təqdim olunacaq. Aİ sammiti martın 21-22-də Brüsseldə keçiriləcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90