image-rt-reklam
image-image_750x_647d82e3167e9backend

Rusiyanın Kaluqa vilayətinə iki PUA düşüb

image-728x90

Rusiya Federasiyasının Kaluqa vilayətində iki pilotsuz təyyarə M3 magistral yoluna düşüb. Ulusal.az xəvər verir ki, bu barədə  regionun qubernatoru Vladislav Şapşa bildirib. Onun sözlərinə görə, ATS-lərdən biri magistralın 299-cu kilometrliyində, Jizdra qəsəbəsində, ikincisi isə avtomobil yolunun 283-cü kilometrliyində Duminiçi kəndinə düşüb.

“Heç bir partlayış baş verməyib, ərazi mühasirəyə alınıb, yerində operativ və texniki tədbirlər görülür”, – Şapşa Telegram-da yazıb.

Bundan əvvəl, iyunun 2-də Kaluqa vilayətinin hakimiyyət orqanları Kirov rayonu ərazisinə naməlum obyektin düşdüyü, yaşayış evlərinə ziyan dəymədiyi, yerli sakinlərin xəsarət almadığı barədə məlumat vermişdi.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90