Rusiya Ukrayna ilə müharibədə daha 460 hərbçisini və 12 tankını itirib.
Ulusal.az “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, Rusiya Ukraynaya qarşı işğalçılıq müharibəsində itkilər verməkdə davam edir. Təkcə son sutka ərzində Ukrayna Silahlı Qüvvələri 460 hərbçini, düşmənin 19 artilleriya sistemini, 14 zirehli döyüş maşını və 12 tankını məhv edib.
Müharibə başlayandan indiyədək Rusiyanın ümumilikdə verdiyi itkilər isə aşağıdakı kimidir:
şəxsi heyət – təxminən 257 930 (+460),
tanklar – 4 358 (+12) ədəd,
zirehli döyüş maşınları – 8449 (+14) ədəd,
artilleriya sistemləri – 5264 (+19) ədəd,
MLRS – 719 (+2) vahid,
hava hücumundan müdafiə sistemləri – 489 (+0) ədəd,
təyyarə – 315 (+0) ədəd,
helikopterlər – 316 (+0) ədəd,
Əməliyyat-taktiki səviyyəli PUA-lar – 4309 (+5) ədəd,
qanadlı raketlər – 1,406 (+0),
gəmilər/qayıqlar − 18 (+0) ədəd,
avtomobil avadanlığı və tankerlər – 7692 (+12) ədəd,
xüsusi texnika – 794 (+4) ədəd.