image-rt-reklam
image-1backend

Rusiyanın daha bir “Su-34” qırıcısı məhv edilib – Ukrayna kəşfiyyatı məlumat yaydı

image-728x90

Ukraynanın Baş Kəşfiyyat İdarəsi Rusiyanın “Su-34” qırıcısının Çelyabinsk yaxınlığındakı aerodromda yandığı barədə məlumat yayıb.

Qırıcı yanvarın 4-nə keçən gecə “Şaqol” hərbi aerodromunda yanıb.

Ukrayna kəşfiyyatı təyyarənin yandığını göstərən videonu da yayıb. Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, qırıcı Rusiya Aerokosmik Qüvvələrinin 21-ci qarışıq hava diviziyasının aviasiya alayının tərkibində olub.

Bundan əvvəl Ukrayna mətbuatı mənbələrə istinadən yazmışdı ki, “Su-34” Ukrayna xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində alovlanıb.

Rusiya tərəfi bu məlumatı şərh etməyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90