Rusiya xüsusi xidmət orqanları səfirliyin damındakı antenalarla Moldova hakimiyyətini izləyir.
Ulusal.az “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, müstəntiqlər Rusiyanın Moldovadakı səfirliyinin damında Rusiya xüsusi xidmət orqanlarının müşahidə üçün istifadə etdiyi onlarla antena və peyk antenalarını aşkarlayıblar.
Bildirilir ki, Rusiyanın Kişinyovdakı səfirliyinin damında antena və ötürücü qurğuların sayı ildən-ilə artır. Həmçinin diplomatik missiyanın damında və qonşu binalarda zaman-zaman sirli adamları görmək olar.
Jurnalistlərin fikrincə, bu şəxslər Angela Merkel, Emmanuel Makron və Hillari Klintonun poçtunu sındırmış haker qrupları ilə sıx əlaqəli GRU və SVR məxfi zabitləri olublar.
Xüsusilə Rusiyanın Moldovadakı səfirliyinin hərbi attaşesinin zabiti, eyni zamanda QRU-nun Moskvadakı qərargahı və Moskva yaxınlığındakı Vatutinkidəki kosmik kəşfiyyatın qəbulu mərkəzi ilə məxfi əlaqə kanallarına cavabdeh olan Pavel Yakunin damda diqqət çəkib.
Hazırda Aleksandr Vasinoviç Kişinyovda siqnal zabitlərinə və “dinləyicilərə” komandanlıq edir. Tez-tez səfirliyin damında peyda olur və tabeliyində olanlara göstərişlər verir.
Ümumilikdə jurnalistlər səfirliyin damında 28 antena sayıblar. Onlardan bəziləri peyk rabitəsi, mikrodalğalı rele xətti qurmağa və ya simsiz internet marşrutlaşdırıcısının siqnalını gücləndirməyə, gəmilərin, təyyarələrin və idarə olunan raketlərin yerini təyin etməyə imkan verir.
Bundan əlavə, kəşfiyyatçıların həyat yoldaşları çox “ağır” faylları daşımaq üçün kuryer kimi istifadə olunur. Sərhəd polisindəki mənbələr bildirirlər ki, onlar tez-tez Moskvaya və əks istiqamətdə uçuş həyata keçirir, çantalarında isə həmişə fleş disklər və sərt disklər olur.
Qadınların diplomatik toxunulmazlığı olduğu üçün onların axtarışı aparıla bilməz.publika






















