image-2000x150
image-hebsbackend

Rusiyanı dəstəkləyən 9 nəfər həbs olundu

image-728x90

Çexiyada Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyən 9 nəfər məhkum edilib.

Çexiya məhkəmələri artıq 9 nəfəri Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləməkdə ittiham edib. Bu barədə çərşənbə günü Çexiyanın Ali Dövlət Prokurorluğu məlumat yayıb.

Doqquz məhkumluqdan əlavə, 58 şəxs Rusiyanın təcavüzünü təqdir etdiyinə görə ittiham olunub və 90 iş üzrə cinayət araşdırması başlanıb.

Çexiyanın baş dövlət ittihamçısı Strjij izah edib ki, əgər kimsə Rusiyanın Ukraynaya hücumunu bəyəndiyini açıq şəkildə ifadə edirsə və ya etiraz aksiyalarında, həmçinin sosial şəbəkələrdə Rusiya prezidenti Vladimir Putini dəstəkləyirsə, bu, müəyyən şərtlər daxilində cinayət sayıla bilər.

Qeyd edək ki, ötən ilin noyabrında Çexiya parlamentinin aşağı palatası Rusiya rejimini terrorçu elan edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90