image-2000x150
image-1backend

RUSİYADA QADIN DÖYÜŞÇÜLƏR TOPLANIR – Ayda bu qədər maaş alacaqlar

image-728x90

Rusiya Müdafiə Nazirliyinin nəzarətində olan “PMC Redut” hərbi şirkəti Ukraynada cəbhə xəttinə göndəriləcək qadınları işə götürməyə başlayıb.

Ulusal.az Qərb mediasına istinadla xəbər verir ki, jurnalistlər sosial şəbəkələrdə qadınların döyüş batalyonlarına qoşulması üçün göndərilən dəvətləri yayıblar.

Məlumata görə, qadınlara altı aylıq müqavilə və ayda 220 min rubl maaş təklif olunur. Müharibədə xəsarət alarlarsa, onlara üç milyon rubla qədər, ölüm halında isə qohumlarına beş milyon məbləğində ödəniş vəd edilir. Bu ödənişlər kişilərə təklif olunan ödənişlərdən fərqlənmir.

Müqavilənin bağlanması üçün hərbi ixtisasa və təcrübəyə malik olmaq şərt deyil. Silahla işləmə bacarığı olmayan namizədlərə bir ay ərzində cəbhə bölgəsində təlim keçiləcəyi vəd edilir.

Məlumatda qeyd olunur ki, işəgötürən şirkət snayperlər və pilotsuz uçuş aparatlarının operatorlarından ibarət iki dəstə yaradacağı gözlənilir.

“Bir dəstə komandiri kimi mənim vəzifəm qadınların təkcə şorba bişirmək və uşaqlara baxmaq üçün yaradılmadığını sübut etməkdir”,- özünü Vesta çağırış işarəsi ilə təqdim edən qadın jurnalistlərə bildirib.

Çoxsaylı jurnalist araşdırmaları Rusiya ordusunun Ukraynada böyük itkilərə məruz qaldığını göstərirdi. Hərbi təşkilatlar muzdlular vasitəsilə Rusiyada səfərbərliyi gecikdirməyə çalışdıqları ehtimal olunur.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90