image-2000x150
image-rusiya_dron_qorxubackend

Rusiyada DRON QORXUSU: “Tələbat 2,5 dəfə artıb”

image-728x90

“Bu ilin yanvar-aprel aylarında Rusiyada pilotsuz uçuş aparatlarından (PUA) müdafiəyə tələbat 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artıb”.

Bunu “Kaspersky Antidrone” şirkətinin rəhbəri Vladimir Turov bildirib.

Onun sözlərinə görə, bu gün “Kaspersky Lab” pilotsuz uçan aparatlardan müdafiəyə marağın durmadan artdığını görür.

“Biz müntəzəm olaraq – demək olar ki, hər gün – tətbiqimizin işini nümayiş etdiririk, onun dəyərini hesablayırıq və sonrakı satınalma tələblərini alırıq”, – Turov deyib.

2019-cu ildə “Kaspersky Lab” dronlardan qorunmaq üçün “Kaspersky Antidrone” proqram və aparat sistemini yaradıb. İndi şirkət avadanlıq xəttini genişləndirir. Məsələn, aprel ayında “Kaspersky Antidrone Portable” PUA-ları aşkar etmək üçün mobil RF detektoru təqdim edib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi ilotsuz təyyarələr dəstəsindən müdafiəni təklif etmişdi.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90